Bloq, 1 il əvvəl

Adi su ilə müqayisədə mineral suyun üstünlükləri

Blog Details
Mineral su təbii olaraq kalsium, maqnezium və kalium kimi minerallara sahib olan su növüdür. Mineral tərkibinə görə insan sağlamlığı üçün aşağıdakı faydalı cəhətlərini qeyd etmək olar:
 
- nəmləndirmə səviyyəsi daha yüksəkdir,
- həzm prosesində və qəbizliyin aradan qaldırılmasında daha effektivdir,
- sağlam sümüklər və dişlər üçün mühüm bir kalsium mənbəyidir,
- qan təzyiqinin normallaşmasına və ürək sağlamlığına müsbət təsir göstərir,
- mineral suda olan silisium və kükürd kimi minerallar dərinin sağlamlığını gücləndirir.
 
Qeyd etmək vacibdir ki, etibarlı mənbələrdən mineral su əldə etmək xüsusi əhəmiyyətə malikdir. Çünki bəzi mənbələrdə mineral maddələrin tərkibi fərqli ola bilər və bu maddələr normadan artıq olduqda insan sağlamlığına mənfi təsir göstərər.
Adi suyunda isə insan sağlamlığı üçün təhlükə yarada biləcək müxtəlif çirkləndiricilərin olması ehtimalı daha böyükdür. Bu maddələrə müxtəlif mənbələrdən suya qarışa biləcək kimyəvi maddələr, ağır metallar, əczaçılıq məhsulları və s. daxildir.
 
İçdiyiniz su təmiz, gigiyenik və etibarlı mənbədən olsun.