Bloq, 1 il əvvəl

Saflaşdırılmış, yoxsa distillə edilmiş su?

Blog Details
Bu 2 proses bir-biri ilə çox oxşardır. Fərqlərinə isə indi nəzər yetirək.
 
Suyun saflaşdırılması dedikdə, arzuolunmaz qazların, bərk maddələrin, kimyəvi maddələrin, virusların və ya bioloji çirkləndiricilərin sudan kənarlaşdırılması nəzərdə tutulur. Bu proses bir çox üsullarla həyata keçirilə bilər: qum filtrləri və distillə kimi fiziki proseslər, kimyəvi üsullar və hətta bioloji, elektromaqnit üsulları da buraya daxildir. Ev şəraitində karbon filtrləri, əks osmos sistemləri və su distilyatorları ən geniş yayılmış su təmizləmə vasitələridir. Karbon filtrləri isə ucuz başa gəldiyindən daha çox istifadə olunur. Diqqət yetirsəniz, su saflaşdırma üsullarından biri kimi distillə prosesini də qeyd etmişik. Bu metod su çirkləndiricilərinin 99%-ni məhv etməklə digər üsullardan ən effektividir. Distillə prosesi mayeni qaynadaraq buxarlandırmaqla saflaşdırmaq deməkdir. Ev şəraitində isə adi qaynatma üsuludur. Onu da qeyd edək ki, qaynadılmış su bir çox mikroblardan və çirkləndiricilərdən təmizlənmiş olmaqla yanaşı, eyni zamanda orqanizm üçün gərəkli minerallardan da arınmış hesab olunur. 
 
Hansı sudan içməliyik?,- deyə sual verilsə, saf, yaxud distillə edilmiş suyun tövsiyə edildiyi bir çox mənbə tapmaq olar. Seçiminizdən asılı olmayaraq daha vacib məsələ isə sağlamlığınızı düşünərək güvənli su əldə etməkdir. Müasir texnoloji proseslərin məhsulu kimi həm vitaminli, həm də gigiyenik Vita1000 suları bir zənglə qapınızdadır.